Dünya · Bizim.Media

İrandan narahatlıqları artıran - Xəbərdarlıq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İrandan narahatlıqları artıran - Xəbərdarlıq xəbəri üçün şəkil

Donald Tramp administrasiyasının İrana qarşı mümkün hərbi əməliyyatları və nüvə zərbəsi riskləri fonunda Tehran rəhbərliyindən gözlənilməz addım gəlib. 

Bizim.Media xəbər verir ki, İranda əhaliyə nüvə hücumu və ya radioaktiv sızma zamanı yerinə yetirilməsi vacib olan təcili təlimatlar paylanılıb.

Yaxın Şərqdə yeni müharibə təhlükəsinin pik həddə çatdığı bir vaxtda İran Qırmızı Aypara Cəmiyyəti və dövlət mediası vətəndaşlara nüvə partlayışı zamanı davranış qaydalarını açıqlayıb.

Rəsmi tövsiyələrdə əhalinin möhkəm tikililərdə daldalanması, qapı və pəncərələri sıx bağlaması, havalandırma sistemlərini söndürməsi və ən azı 24 saat ərzində qapalı məkanları tərk etməməsi tələb olunur. İran dövlət televiziyasında yayımlanan təlimatda vətəndaşlara aşağıdakı addımları atmaq tapşırılıb:

Partlayış işığına baxmayın: Dərhal yerə uzanın, başınızı və üzünüzü qoruyun.

Təhlükəsiz məkana keçin: Partlayışın dalğası keçdikdən sonra dərhal ən yaxın binaya daxil olun və pəncərələrdən uzaq durun.

Sığınacaq rejimi: Ən azı 24 saat ərzində sığınacaqda qalmağa hazır olun.

İkinci dərəcəli risklər: Yerləşdiyiniz binada yanğın baş verərsə və ya uçma təhlükəsi yaranarsa, daha təhlükəsiz yerə keçin.

Rəsmi elanları gözləyin: 24 saat keçsə belə, rəsmi məlumat olmadan çölə çıxmağın təhlükəsiz olduğunu düşünməyin və yalnız rəsmi xəbərdarlıqları izləyin.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑