Dünya · Axar.az

Qırğızıstan və Tacikistan sərhədində güclü zəlzələ oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qırğızıstan və Tacikistan sərhədində güclü zəlzələ oldu xəbəri üçün şəkil

Qırğızıstan və Tacikistan sərhədində yerli vaxtla 03:34-də 5,5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Seysmologiya İnstitutu məlumat yayıb.

Zəlzələnin episentri ölkənin cənubunda, sərhədyanı rayonda yerləşib.

Bildirilib ki, saat 03:44-də (Bakı vaxtı ilə 01:44-də) Qırğızıstan ərazisində 3,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb, saat 04:50-də (Bakı vaxtı ilə 02:50-də) isə Tacikistanla sərhəddə 4,5 maqnitudalı zəlzələ olub, episentri Oşdan 127 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar Özbəkistan ərazisində də hiss olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑