Dünya · Yeni Sabah

Ankaradan Tokayevin təklifinə qəti rədd: “Bu tələbə cavab vermir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ankaradan Tokayevin təklifinə qəti rədd: “Bu tələbə cavab vermir” xəbəri üçün şəkil

Qazaxıstanın Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi və ya üzv statusunda qoşulması ilə bağlı irəli təklifə Türkiyədən rəsmi və qəti "yox" cavabı gəlib.

“Yeni Sabah” xəbər verir ki, AKP-nin sədr müavini Kürşat Zorlu Ankaranın bu təklifə veto qoyduğunu bəyan edib.

O bildirib ki, təşkilata daxil olmaq üçün əsas hüquqi və mədəni meyarlar mövcuddur: pizza sifarişi

"Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya Federasiyası bu tələbə cavab vermir".

G.Zorlu 1993-cü ildə təsis edilən TÜRKSOY-a Rusiyanın Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakutiya və Tatarıstan kimi muxtar respublikalarının da qoşulduğunu xatırladıb. Lakin Rusiya rəhbərliyi 2015-ci ildə qəbul etdiyi qərarla bu federal subyektlərin TÜRKSOY-dakı fəaliyyətlərini birtərəfli qaydada dondurub.

Ankaranın bu mövqeyi TDT-nin fundamental prinsiplərinin qorunması kimi qiymətləndirilir.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑