Ermənistandakı süni intellekt məlumat mərkəzindən ABŞ-ın maraqları naminə kəşfiyyat məlumatlarının toplanması üçün istifadə oluna bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyat orqanları "Firebird Aİ" serverlərində emal olunan məlumatlara çıxış əldə edə və həmin mərkəzdən Rusiya, İran və regiondakı digər ölkələrə qarşı kəşfiyyat fəaliyyətləri üçün istifadə edə bilərlər.


