Gündəm · Ədalət

Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR – Rəsmi qurum açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hərbi xidmətə yollananlarla bağlı MÜHÜM QƏRAR – Rəsmi qurum açıqladı xəbəri üçün şəkil

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin iş yeri və vəzifəsinin saxlanılıb-saxlanılmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Adalet.az-a Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qurumun kapitanı Əsgərli Zəfərin açıqlamasına görə, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində onların iş yeri və vəzifəsi saxlanılır. 

Bildirilib ki, bu tələb müəssisənin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı deyil. Yəni müddətli həqiqi hərbi xidmətə cəlb olunması şəxsin iş yerini avtomatik itirməsi ilə nəticələnmir.

Beləliklə, hərbi xidmətə çağırılan şəxsin iş yeri və tutduğu vəzifə xidmət müddətində qorunur. İstisna yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğv edilməsi halıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑