Gündəm · Konkret.az

Sərhədi pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanıldı - FOTO | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sərhədi pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanıldı - FOTO | KONKRET xəbəri üçün şəkil

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 6-da keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Mərakeş Krallığı vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş tədbirlər nəticəsində 2 nəfər Əfqanıstan vətəndaşı eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd göstərən zaman tutulub.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑