Gündəm · Yeni Çağ

Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olundu - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan ilə Belarus arasında baytarlıq preparatlarının birgə istehsalı müzakirə olundu - Yeni Çağ xəbəri üçün şəkil

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarusun Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb.

Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.

Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.

Həmçinin “Rabisafe” baytarlıq preparatının Azərbaycanda istehsalının təşkili və Belarusun “BelAqroGen” elmi-istehsalat mərkəzi ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qeyd olunub ki, Belarusun qida təhlükəsizliyi sisteminin ekvivalentliyi AQTA tərəfindən tam həcmdə tanınıb. Hazırda Azərbaycanın qida təhlükəsizliyi reyestrində Belarus mənşəli 123 qida obyekti qeydiyyatdadır.

Qida, baytarlıq və fitosanitar təhlükəsizlik sahələrində əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəlinib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑