Gündəm · Globalinfo.az

Vüsal Nəsirlidən yeni təyinatlar – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vüsal Nəsirlidən yeni təyinatlar – FOTO xəbəri üçün şəkil

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatları olub.

Globalinfo.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Belə ki, Elçin Abışov və Rövşən Məmmədov AAYDA-da Nəqliyyat infrastrukturu tikintisi şöbəsinin rəisinə müavin təyin ediliblər.

Bundan əlavə, Səxavət Heydərli isə Baş mühasib vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bundan əvvəl E.Abışov “ELTA Development” QSC-də, R.Məmmədov Səudiyyə Ərəbistanının enerji nəhəngi “Aramco” şirkətində, Səxavət Heydərli SOCAR-da çalışıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑