Gündəm · AzPolitika

Kiyevdəki bütün körpülər dağıdılacaq? - General Surovikin yenidən “iş başında”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyevdəki bütün körpülər dağıdılacaq? - General Surovikin yenidən “iş başında” xəbəri üçün şəkil

Rusiya Kiyevə və onun vacib infrastrukturuna, o cümlədən Dnepr üzərindəki körpülərə hücumları gücləndirməyə hazırlaşır.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Məlumata görə, Kreml Donbasdakı Rusiya hücumunun dalana dirəndiyi və ciddi çətinliklərlə üzləşdiyi üçün mülki əhaliyə təzyiq göstərməyə çalışır.

Məqalənin müəllifi iddia edir ki,  Suriyadakı Rusiya qüvvələrinə komandanlıq etmiş və mülki əhaliyə, infrastruktura qarşı amansız əməliyyatları ilə tanınan "General Armageddon" ləqəbli Sergey Surovikini bu işə cəlb edilib.

Nəşrin məlumatına görə, əsas məqsəd döyüş meydanından Ukrayna şəhərlərinə keçirmək və qışda mülki əhalinin dayanıqlığını sarsıtmağa çalışmaqdır.

"The Telegraph" diqqəti Kiyevdə Dnepr çayı üzərindəki yeddi körpüyə yönəldir. Bu körpülər avtomobil və dəmir yolu əlaqəsi, eləcə də cəbhənin təminatı üçün çox vacibdir. Bu körpülərə böyük ziyan vurulması təkcə Kiyev daxilində deyil, həm də Ukraynanın şimalının əhəmiyyətli bir hissəsində logistikanı xeyli çətinləşdirə bilər. Buna görə də körpülərə və enerji infrastrukturuna zərbələr Rusiyanın qış kampaniyasının əsas elementinə çevriləcək.

Məqalədə qeyd olunur ki, Kiyev son zamanlar daimi raket və pilotsuz təyyarə hücumlarına məruz qalır. Rusiya getdikcə təkcə hərbi hədəfləri deyil, həm də şəhərin gündəlik həyatının asılı olduğu infrastruktura zərbə endirməyə çalışır.

"The Telegraph" taktikadakı dəyişikliyi cəbhədəki vəziyyətlə əlaqələndirir. Nəşrin məlumatına görə, Rusiyanın Donbasdakı hücumu son aylarda olduqca yavaşlayıb və ağır itkilərə başa gəlir.

General Surovikinə gəlincə, məhz onun rəhbərliyi altındakı rus qoşunları Xerson şəhərindən çəkilmək məcburiyyətində qalmışdılar. Onun adı həmçinin, Yevgeni Priqojinin üsyanı ilə əlaqəli hallandırılırdı.

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑