Azərbaycanda mənzil sahibi olmaq istəyənlər üçün ipotekanın şərtləri heç də bütün hallarda eyni deyil.
Yenicag.az “Yeniavaz”a istinadən xəbər verir ki, dövlət xətti ilə təqdim olunan ipoteka kreditlərində faiz dərəcələri müəyyən çərçivədə saxlanıldığı halda, özəl şirkətlərin “daxili kredit” adı ilə təklif etdiyi mənzil satışlarında alıcının üzərinə düşən maliyyə yükü daha yüksək ola bilir.
Qeyd edək ki, hazırda Azərbaycanda dövlət ipoteka proqramı çərçivəsində güzəştli ipoteka kreditləri illik 4 faiz, adi ipoteka kreditləri isə illik 7-8 faiz dərəcəsi ilə təqdim olunur. Lakin mənzil almağın alternativ yollarından biri olan şirkətlərin “daxili kredit”lə satışlarında faiz və yekun ödəniş məbləği fərqli hesablanır. Bu isə ilkin baxışda bank ipotekasına bənzəyən şərtlərin əslində alıcı üçün daha baha başa gəlməsinə səbəb ola bilər.
Məsələn, ölkənin aparıcı şirkətlərindən biri olan “Kristal” şirkətinin “daxili kredit” adı ilə təklif etdiyi satış şərtləridə mənzil üçün ödəniləcək yekun məbləğ onun ümumi dəyərindən dəfələrlə çox olur.
Hazırda “Kristal” şirkətinin Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən “Park Əcəmi” yaşayış kompleksində satılan 66 kvadrat metr sahəsi olan 2 otaqlı mənzilin ümumi dəyəri 207 min 239 manat təşkil edir. Əgər bu mənzili 30% ilkin ödənişlə (62 172 manat) və 20 il (240 ay) müddətinə “daxili kredit” şərtləri ilə satın alsaq yekunda ödəyəcəyimiz məbləğ 470 min 172 manat olacaq. Göründüyü kimi, “daxili kredit” şərtilə satın alınan mənzil üçün ödənilən məbləğ dəyərindən təxminən 2,3 dəfə çox olacaq.
Eyni mənzili dövlət tərəfindən verilən ipoteka krediti ilə alsaq, mənzil üçün ödəyəcəyimiz yekun məbləğ 335 min manat olacaq.
Onu da bildirək ki, eyni göstəricilərə malik mənzilləri qeyd olunan ərazidə daha ucuz qiymətə satın almaq mümkündür. Məsələn, hazırda Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən və yeni tikilən yaşayış binalarında satılan 55-65 kvadrat metr sahələri olan 2 otaqlı mənzillər 150-180 min manata təklif olunurlar.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 9-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında oktyabrın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
Siqaret çəkənlərin bir qismi kəskin tütün qoxusunu və boğazda yaranan yanmanı azaltmaq üçün mentollu siqaretlərə üstünlük verir. Mentol tüstünün daha sərin və yumşaq hiss olunmasına səbəb olur. Lakin bu xüsusiyyət siqareti daha təhlükəsiz etmir. Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, mentol siqaretin tüstüsündəki qıcıqlanmanı müəyyən qədər maskalayır. Mentol boğaz və tənəffüs yollarında sərinlik hissi...
Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur.Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və
Zülalın qəbulu toxluq hissini uzadaraq iştahanın idarə olunmasına kömək edə və məşqlərlə birlikdə yağ itkisini dəstəkləyə bilər. Lakin arıqlamanın əsas […]
Source
Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur. Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibəsində deyib. Komitə sədri “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub: “Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində...
Müdafiə Nazirliyində mənimsənilmiş ümumilikdə 160 milyon manat dövlət vəsaitinin nə qədərinin ödənildiyi məlum olub. Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 41 milyon manata yaxın mənimsənilmiş vəsait […]
Source