İdman · Apasport.az

“Kəpəz”in rəsmi fan-şopu fəaliyyətə başladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Kəpəz”in rəsmi fan-şopu fəaliyyətə başladı xəbəri üçün şəkil

“Kəpəz” klubunun rəsmi fan-şopu – “1959 Store” fəaliyyətə başlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mağaza azarkeşlərin təşəbbüsü və klub rəhbərliyinin dəstəyi ilə yaradılıb.

“1959 Store”da həm uşaqlar, həm də böyüklər üçün xüsusi dizaynlı geyimlər, oyun və retro formalar, şərflər, eləcə də müxtəlif azarkeş aksesuarları satışa çıxarılıb.

Gəncə şəhər stadionunun mərkəzi girişində yerləşən mağaza hər gün saat 11:00-dan 19:00-dək fəaliyyət göstərəcək. “Kəpəz”in ev oyunları zamanı fan-şop matçın sonunadək açıq olacaq. Komandanın səfər qarşılaşmaları günlərində isə mağaza işləməyəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑