Bakıda təşkil olunan "FIFA U-15 Dünya Çempionatı və Festivalı" çərçivəsində keçirilən oyunlar haqqında məlumatlar artıq match.affa.az saytında əlçatandır.
Offsideplus.az xəbər verir ki, azarkeşlər platforma vasitəsilə turnirin təqvimi, oyunların keçiriləcəyi məkanlar, nəticələr, turnir cədvəli və Azərbaycan millisinin matçları ilə tanış ola bilərlər.
Qeyd edək ki, yeni istifadəyə verilən portalda həmçinin AFFA Gənclər Liqası və digər aşağı yaş qrupları üzrə turnirlərin statistik göstəriciləri, heyətlər və oyun cədvəlləri yer alır. Yarışla bağlı təfərrüatlar match.affa.az/fifa-u15 bölməsində təqdim olunur.





