İdman · Apasport.az

“Barselona”nın müdafiəçisi iki ay oynamayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona”nın müdafiəçisi iki ay oynamayacaq xəbəri üçün şəkil

“Barselona”nın müdafiəçisi Xavi Espart zədələnib.

Apasport.az xəbər verir ki, Kataloniya klubunun məlumatına əsasən, 19 yaşlı futbolçunun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Espart İspaniya La Liqasının X turunda “Real Madrid”ə qarşı keçirilən görüşdə (1:2) zədələnib. Gənc müdafiəçi qarşılaşmanın 29-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Onu Alexandro Balde əvəzləyib.

Beləliklə, Espartın dekabrın sonlarına doğru yaşıl meydanlara qayıtması gözlənilir.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan futbolçu bu ilin martında əsas komandada debüt edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑