“Fənərbaxça”nın yeni baş məşqçisi Emre Belözoğlu komandanın UEFA Çempionlar Liqasında “Liverpul”la keçirəcəyi oyunu tribunadan izləyəcək.
Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul təmsilçisini bugünkü matça Dirk Kuyt meydana çıxaracaq.
Bildirilib ki, türkiyəli mütəxəssis qarşılaşmadan sonra, ertəsi gün səhər saatlarında məşqçi heyəti ilə birlikdə rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, “Fənərbaxça” – “Liverpul” matçı bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.



