“Fənərbaxça”nın baş məşqçi postuna gətirmək istədiyi Serjio Konseysao ilə danışıqlarda problem yaranıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqavilə şərtləri ilə bağlı tələblərini dəyişməsi və maaş gözləntisini artırması tərəflər arasında fikir ayrılığına səbəb olub.
Bu səbəbdən İstanbul təmsilçisi yenidən yerli mütəxəssislərə üz tutub. Məlumata görə, “sarı-lacivərdlilər”in siyahısında əsas namizəd Emre Belözoğludur.
Türkiyəli mütəxəssisin klubun baş məşqçisi postuna əsas namizədlərdən biri olduğu bildirilir.
Qeyd edək ki, Emre Belözoğlu hazırda “Kasımpaşa”nın baş məşqçisidir. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.



