Dünya · Ədalət

Ebola bu ölkəyə də sıçradı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ebola bu ölkəyə də sıçradı xəbəri üçün şəkil

Nigeriya hökuməti paytaxt Abujada ilk təsdiqlənmiş Ebola virusu halını elan edib.

Adalet.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəlik Uqandadan qayıdan qadın vətəndaşda aşkar olunub.

Xəstə dərhal təcrid edilərək müalicəyə cəlb olunub.

Epidemioloji araşdırmalar çərçivəsində xəstə ilə təmasda olmuş 44 nəfər müəyyənləşdirilərək həkim nəzarətinə götürülüb. Ölkənin bütün sərhəd-keçid məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib.

Səhiyyə naziri Məhəmməd Pate əhalini sakitliyi qorumağa, gigiyena qaydalarına riayət etməyə və qızdırma, halsızlıq, baş ağrısı kimi simptomlar müşahidə edildikdə dərhal həkimə müraciət etməyə çağırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑