Dünya · Publika.az

Avropa yeni etiraz dalğasına hazırlaşır: Ordu işə cəlb olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa yeni etiraz dalğasına hazırlaşır: Ordu işə cəlb olunur xəbəri üçün şəkil

Fransada baş verən iğtişaşlar fonunda həftəsonu yeni etiraz dalğasının başlayacağı gözlənilir. Bunun qarşısını almaq üçün isə küçəyə çıxma məhdudiyyətləri tətbiq edilməklə yanaşı hərbi qüvvələrin də polisə dəstək məqsədilə cəlb olunacağı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Fransanın Baş naziri Sebastien Lekornu bildirib ki, ölkənin müxtəlif bölgələrində tətbiq edilən gecə məhdudiyyətləri iğtişaşlar və talanlardan sonra vəziyyətin nisbətən sakitləşməsinə kömək edib. Bununla belə, şənbə günü keçiriləcək aksiyalarla əlaqədar genişmiqyaslı polis qüvvələrinin səfərbər ediləcəyi və qadağaların yenidən tətbiq olunacağı gözlənilir. Daxili işlər naziri Laurent Nunes isə hərbi bölmələrin də polisə dəstək verəcəyini açıqlayıb.

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Milan şəhərinə əlavə 500 əsgərin göndəriləcəyini bildirib. Onun sözlərinə görə, hərbçilər məhkəmə-polis səlahiyyətlərinə də malik olacaq. Yetkinlik yaşına çatmayanların cinayət törətməsinin qarşısını almaq üçün əlavə tədbirlər görülməsi də nəzərdə tutulur.

Bununla yanaşı, Albaniyanın paytaxtı Tiranada da Baş nazir Edi Ramanın istefası tələbi ilə keçirilən aksiyalar şiddətli toqquşmalarla müşayiət olunur. Rama etirazların “hibrid müharibə”nin tərkib hissəsi olduğunu iddia edib və hadisələrin arxasında Rusiya və İran kimi xarici qüvvələrin dayandığını irəli sürüb.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑