Dünya · Sfera.az

"Bizə atəşkəs yox, sülh lazımdır" - Peskov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Bizə atəşkəs yox, sülh lazımdır" - Peskov xəbəri üçün şəkil

Rusiya Ukrayna münaqişəsi üzrə müvəqqəti atəşkəs deyil, sülhün son şəkildə əldə edilməsinin tərəfdarıdır.

Sfera.az xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks" agentliyinə açıqlama verib.

"Heç nə dəyişməyib. Bizə atəşkəs deyil, sülh lazımdır", - o bildirib.

Bu arada, Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu çərşənbə günü günün birinci yarısında Peterburqdakı Konstantinovski sarayında qəbul edəcək./Report

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑