"Ölkə sərhədləri üzərində tam nəzarət mərhələ-mərhələ Ermənistan Respublikasının Sərhəd Xidmətinə veriləcək".
Adalet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Siyasətçi əlavə edib ki, "Bu proses müəyyən bir islahat yolundan keçməlidir".
Qeyd edək ki, Ermənistan sərhədçiləri artıq dövlət sərhədinin bəzi hissələrini və əvvəllər Rusiya sərhədçiləri tərəfindən idarə olunan nəzarət məntəqələrini nəzarətə götürüblər. Bunlara Zvartnots Beynəlxalq Hava Limanı, Aqarak (İranla sərhəd), Marqara (Türkiyə ilə sərhəd) və Axurik (Türkiyə ilə sərhəd) nəzarət məntəqələri daxildir. Lakin İran və Türkiyə ilə sərhədlərdə Rusiya sərhədçilərinin Ermənistan sərhədçiləri ilə əvəz edilməsi prosesi tədricən gedir və bu, Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının resurslarının və imkanlarının inkişafı ilə bağlıdır.




