Gündəm · 525-ci qəzet

525-ci qəzet - "Hər bir yol hərəkəti iştirakçısının məsuliyyəti var" - Rəy

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
525-ci qəzet - "Hər bir yol hərəkəti iştirakçısının məsuliyyəti var" - Rəy xəbəri üçün şəkil

“Əgər yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertizanın rəyi əsas götürülürsə və ekspert hadisənin piyadanın səhvi nəticəsində baş verdiyini müəyyənləşdirirsə, bu halda birbaşa sürücünün deyil, piyadanın məsuliyyəti müəyyən edilə bilər. Bu da sığorta şirkəti tərəfindən təsbit olunur. İstər mülkiyyət sığortası, istərsə də digər sığorta məsələləri olsun, burada müəyyən prosedurlar tətbiq edilir”.

Nəqliyyat eksperti Aslan Əsədov bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, piyadalar da yol hərəkətinin iştirakçılarıdır. Yol hərəkətinin iştirakçısı olan istənilən şəxs yolda məsuliyyətli olmalı və öz məsuliyyətini dərk etməlidir. Bu baxımdan məsuliyyətdən kənar heç bir şəxs ola bilməz. Hər bir yol hərəkəti iştirakçısının məsuliyyəti var:

“Əgər sürücü hesab edirsə ki, hadisədə onun günahı yoxdur və hadisə onun təqsiri olmadan baş verib, ilk növbədə aidiyyəti quruma müraciət etməlidir. Şikayətində öz mövqeyini əsaslandırmalı və bunu müvafiq formada aidiyyəti qurumun diqqətinə çatdırmalıdır. Məsələ bu qədər sadədir".

Sevinc Qarayeva
 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑