Gündəm · Günün Səsi

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü xəbəri üçün şəkil

“AİD Group” xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.

Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında belə qərar qəbul edib.

Samir Yəhyazadənin 2 ay müddətinə “Kürdəxanı türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar verilib.

Qeyd edək ki, S.Yəhyazadə 3 ay əvvəl DTX tərəfindən həbs edilib. O, həyat yoldaşı, aparıcı Nigar Fərhadla birgə külli miqdarda dələduzluqda ittiham olunur. İş üzrə zərərçəkmişlərin əksəriyyəti xaricdə təhsil almaq üçün müraciət edən şəxslərdir. N.Fərhad barəsində isə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Hazırda “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑