Gündəm · Yeni Çağ

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan Asiya ilə Avropa arasında mühüm tərəfdaşlıq perspektivləri açır - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan Asiya ilə Avropa arasında mühüm tərəfdaşlıq perspektivləri açır - Yeni Çağ xəbəri üçün şəkil

Əminəm ki, bu gün biz qarşımıza həqiqətən də iddialı strateji hədəflər qoya bilərik. İqtisadiyyatlarımızın dinamik şəkildə inkişafı, onların şaxələndirilməsi, keyfiyyət və texnologiyanın yüksəlişi bizə ortaq maraqlarımıza uyğun və qarşılıqlı faydalı şərtlərlə biznes tərəfdaşlığımızı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Mərkəzi Asiya və Azərbaycanın əsas logistika və enerji inkişaf mərkəzləri kimi rolu durmadan artır, Asiya və Avropadakı tərəfdaşlarla əməkdaşlıq üçün geniş perspektivlər açır.

Yenicag.az xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün açılış mərasimində bildirib.

“Sözsüz ki, ortaq mənəvi, mədəni və dəyərlərə əsaslanan yaxınlığı gücləndirmək, humanitar komponentimizi inkişaf etdirmək prioritet olub və belə olaraq qalır. Bu gün bütün bu vacib mövzuları və sahələri müzakirə edəcəyik. Ölkələrimizin və xalqlarımızın qurucu inkişafına və daimi tərəqqisinə yönəlmiş qiymətləndirmələr və təkliflər təqdim edəcəyik”, – deyə Türkmənistan Prezidenti bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑