Hazırda Bakı əsgər Nəsimi Musayevin ekstradisiyası məsələsini qaldırmır və bu barədə hər hansı müzakirə aparmır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycanda əsgər barəsində cinayət işi başlanıb və o, vətəninə qayıdacağı təqdirdə məhkəmə təqibi ilə üzləşəcək. Azərbaycanlı əsgərin Ermənistanda ömürlük qalacağını deyə bilmərəm”, - o bildirib.
Qeyd edək ki, azərbaycanlı əsgər Nəsimi Musayevin Ermənistanda saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.




