Gündəm · Konkret.az

Keçmiş prezidentin oğluna hökm oxundu | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Keçmiş prezidentin oğluna hökm oxundu | KONKRET xəbəri üçün şəkil

Qırğızıstanın Sosial-Demokrat Partiyasının lideri, keçmiş prezident Almazbek Atambayevin oğlu Kadır Atambayev dörd il müddətinə azadlıqdan məhrum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Bişkekin Pervomaysk rayon məhkəməsi qərar qəbul edib.

“Kadır Atambayev müsadirə edilməklə dörd il müddətinə azadlıqdan məhrum edilib”, – məhkəmənin qərarında bildirilib.

Kadır Atambayev hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurdu.

Qeyd edək ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev şərti olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. Atambayev hazırda İspaniyada yaşayır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑