Beynəlxalq səyahətçilərin Şuşa şəhərinə səfəri başlayıb.
Globalinfo.az xəbər verir ki, 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olan beynəlxalq səyyahlar Şuşada ilk olaraq İsa bulağında olublar.
Onlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın tarixi və təbiəti barədə məlumat verilib.
Səfər çərçivəsində beynəlxalq səyahətçilərin Şuşanın digər tarixi və mədəni məkanlarını ziyarət etmələri də nəzərdə tutulur.
***10:30
Məşhur MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, beynəlxalq səyahətçilər heyəti səfər çərçivəsində Xocavənd rayonundakı Azıx mağarasının yerləşdiyi əraziyə gəlib.
Qeyd edək ki, beynəlxalq səyahətçilər bu gün, həmçinin Şuşa və Ağdam rayonlarına da səfər edəcəklər. Onların oktyabrın 9-da Kəlbəcər-Ağdərə-Laçın, oktyabrın 10-da isə Zəngilan-Cəbrayıl-Füzuli marşrutları üzrə hərəkət etmələri planlaşdırılıb.






