Canlı xəbər axını
İqtisadiyyat
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Flydubai” aviaşirkəti 30 sentyabrda baş verən hadisədən sonra Təl-Əviv uçuşlarını ikinci bildirişədək müvəqqəti dayandırıb. Bu açıqlama ilə şirkətin baş direktoru Qays əl-Qays məlumat verib. O bildirib ki, uçuşlar səlahiyyətli qurumların tələbi ilə dayandırılıb və aviaşirkət bundan zərər çəkən sərnişinlərin son təyinat məntəqələrinə çatdırılması üçün çalışır.
Bakıda bu yolda tıxacı azaltmaq üçün hərəkətin təşkili dəyişdirildi
Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib. Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün […]
Azərbaycanda strateji binalar 7/24 izlənəcək
Strateji əhəmiyyətli binaların və qurğuların sağlamlığı 7/24 izlənəcək. Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə BP şirkətinin dəstəyi ilə universitetdə yaradılan strateji əhəmiyyətli binaların və qurğuların sağlamlıq monitorinqi laboratoriyasının açılışı zamanı deyib. O bildirib ki, laboratoriyanın əsas fəaliyyəti strateji əhəmiyyətli binaların və qurğuların vəziyyətinin fasiləsiz monitorinqinin aparılmasıdır: “Bu gün […]
Avropa ölkələri yanacaq böhranına görə təcili toplanır
Avropa ölkələri yanacaq böhranına görə təcili toplanır
Vətəndaşları yeni dələduzluq üsulu ilə aldadırlar – DTX xəbərdarlıq etdi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların davam etdiyi müşahidə olunur. “Aparılan təhlillər göstərir ki, müvafiq qruplaşmalar süni inte
National Review: Dünya dizel yanacağı ilə işləyir...
“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...
Prezident: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manata yaxın vəsait nəzərdə tutulub. Bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib. Dövlət başçısı qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır – həm Şimalda, həm Cənubda, həm də […]
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
“Böyük yeddilik” (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. Bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birgə bəyanatında bildirilib. Ehtiyatların dövriyyəyə buraxılmasına dərhal başlanılacaq və Beynəlxalq Enerji Agentliyi (IEA) vasitəsilə əlaqələndiriləcək. Dizel yanacağının əhəmiyyətli hissəsi ilk 20 gün […]
