İqtisadiyyat · AZƏRTAC

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək xəbəri üçün şəkil

Bakı, 2 oktyabr,

Dizel qiymətləri çox tezliklə bütün dünyada inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

“Fevralın 28-də başlayan ABŞ-İran müharibəsindən sonra qlobal enerji bazarlarında yeni bir dövr başladı. Müharibənin əvvəlində ən böyük enerji böhranı yaşandı. Neft qiymətləri hazırda 100 dollar civarındadır. Bu, olduqca yüksəkdir. Əsas məsələ xam neftin qiyməti deyil, emal olunmuş neft məhsullarının, xüsusən də dizelin qiymətidir. Dizel qiymətləri müharibədən əvvəlki səviyyələrlə müqayisədə təxminən iki dəfə artıb. Çox böyük artım var. Bu artıma yüksək xam neft qiymətləri, eləcə də müharibə zamanı Yaxın Şərqdəki bəzi neft emalı zavodlarına dəyən ziyan nəticəsində regiondan dizel ixracının azalması və Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyadakı bəzi neft emalı zavodlarına dəyən ziyanla əlaqəlidir. Dünya dizel yanacağı ilə bağlı çox çətin dövrlərdən keçir.

Mövcud enerji böhranının miqyasını göstərən daha əhəmiyyətli bir inkişaf ölkələrin, şirkətlərin və istehlakçıların enerji siyasətlərində etdikləri dəyişikliklərdir. Ölkələr böhrandan dərs çıxararaq yeni enerji tərəfdaşları və daha etibarlı təchizatçılar axtarır, eyni zamanda, yeni texnologiyalara müraciət edir. Nüvə enerjisi 1973-cü və 1979-cu illərdəki neft böhranlarından sonra sürətlə inkişaf edib və avtomobil sektorunda enerji səmərəliliyi artıb. Bütün ölkələrin narahatlığı mümkün qədər çox enerjini daxildə istehsal etməkdir”.

O deyib ki, ilk dəfə olaraq enerji təhlükəsizliyi, xərclər və iqlim dəyişmələri hədəfləri bir araya gəlib. BMT-nin iqlim hədəflərinin həyata keçirilməsi üçün bazarlara və investorlara güclü siqnallar göndərmək vacibdir.

Fatih Birol Çinin vacib minerallarla bağlı güclü bir “silaha” malik olduğunu bildirib: “Bir sözlə, əgər İranın hazırda bir Hörmüz boğazı varsa, Çinin 5 Hörmüz kimi boğazı var. Çinin nadir torpaq elementlərinin ixracını azaltsa bu, qlobal avtomobil sənayesinə birbaşa təsir edəcək. Əgər Çin “qərar verdim, gələn aydan etibarən nadir torpaq elementlərinin ixracını yarıya endirəcəyəm” desə Avropada və dünyada bütün avtomobil sektoru birdən-birə dəyişməyə başlayacaq. Vacib mineralların əhəmiyyəti yalnız təmiz enerji texnologiyaları ilə məhdudlaşmır. Bu minerallar müdafiə sənayesindən avtomobil sənayesinə, tibbə və bir çox digər sahələrə qədər geniş istifadə sahələrinə malikdir”.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑