Strateji əhəmiyyətli binaların və qurğuların sağlamlığı 7/24 izlənəcək.
Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə BP şirkətinin dəstəyi ilə universitetdə yaradılan strateji əhəmiyyətli binaların və qurğuların sağlamlıq monitorinqi laboratoriyasının açılışı zamanı deyib.
O bildirib ki, laboratoriyanın əsas fəaliyyəti strateji əhəmiyyətli binaların və qurğuların vəziyyətinin fasiləsiz monitorinqinin aparılmasıdır:
“Bu gün BP şirkətinin dəstəyi ilə strateji əhəmiyyətli binaların, qurğuların sağlamlıq monitorinqi laboratoriyasının açılışıdır. Mərkəzin əsas iş fəaliyyəti strateji əhəmiyyətli binaların və qurğuların 7/24, yəni fasiləsiz şəkildə sağlamlığının izlənilməsidir.Əgər orada normadan kənar hər hansı dəyişiklik varsa, bu müəyyən olunacaq və müvafiq tədbirlər görüləcək. Əsas məqsəd bundan ibarətdir.Müəyyən etdiyimiz yerləri ölçmək və nəticələri təsdiqləmək üçün lokal ölçmə alətlərimiz də var. Həmin avadanlıqlar da laboratoriyada sərgilənir.

