İqtisadiyyat · AZƏRTAC

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO xəbəri üçün şəkil

Ağdam, 2 oktyabr,

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Ağdam rayonuna gəliblər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti rayonun Sarıcalı kəndi ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıblar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları xarici nümayəndələrə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verib. O bildirib ki, Ağdam rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri hesab edilir. Qonaqlar minatəmizləmə prosesini izləyiblər.

Aİ Şurasının nümayəndələri daha sonra Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşüblər.

Görüşdə Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib.

Ardınca azad edilmiş ərazilərdə baş verən dəyişiklərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi komissiyanın fəaliyyəti, o cümlədən azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi və əsir və itkin düşmüş soydaşlarımızın taleyinin araşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Qeyd edək ki, səfər çərçivəsində Aİ Şurasının nümayəndə heyəti əvvəlcə Şuşa və Xankəndi şəhərlərində olublar.

Xəbəri paylaş

Bu saytda oxunma: 0

Bu saytdakı səhifə baxışlarıdır; təkrar açılışlar da sayılır. Unikal oxucu sayı deyil.

Facebook Telegram WhatsApp X
Yuxarı qayıt ↑