Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyü və gələcək sərhədləri ilə bağlı sərt və kompromissiz mövqe nümayiş etdirib.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı heç bir halda Ukraynanın bir qarış torpağının belə Rusiya ərazisi kimi tanınmayacağını və bunun istənilən mümkün danışıqlarda qəti istisna olduğunu vurğulayıb.
Zelenski ərazilərin hər hansı bir sövdələşmə predmeti olmadığını qeyd edərək bildirib: Dördpendirli pizza
"Ukrayna əraziləri mənim şəxsi mülküm deyil. Onları kiməsə bəxşiş edə bilmərəm. Ukrayna əraziləri satılıq deyil."
Eyni zamanda istefa verməyəcəyini və prosesin sonuna qədər bütün siyasi məsuliyyəti öz üzərində daşıdığını bəyan edib.
Nazim Hacıyev



