Dünya · Bakupost.az

İstanbulda şəhərin küçələrini sel basdı - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İstanbulda şəhərin küçələrini sel basdı - FOTO xəbəri üçün şəkil

İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.
"Bakupost" lent.az-a istinadən bildirir ki, bir çox rayonda küçələri, yeraltı keçidləri və tunelləri su basıb, avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib, ağaclar aşıb.
Güclü yağış şəhər nəqliyyatında da ciddi problemlər yaradıb. İşdən çıxış saatlarında tıxacın səviyyəsi 89 faizə yüksəlib.
İstanbulda ümumilikdə 1277 su basması hadisəsi qeydə alınıb.
Yağışlarla əlaqədar bu gün İstanbulda məktəblərdə dərslər dayandırılıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑