Dünya · Bizim.Media

FTB rəhbərindən Rusiya ilə bağlı müəmmalı paylaşım – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FTB rəhbərindən Rusiya ilə bağlı müəmmalı paylaşım – FOTO xəbəri üçün şəkil

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Kaş Patel (Kash Patel) Rusiyaya səfər etməsi iddiası ilə bağlı "X" sosial şəbəkəsində müəmmalı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Patel öz hesabında qısa olaraq "Rusiyadan sevgilərlə" ("From Russia with Love") sözlərini yazıb.

Xatırladaq ki, bir qədər əvvəl "MS NOW" telekanalı mənbələrə istinadən FTB direktorunun təyyarəsinin Rusiyaya eniş etdiyini xəbər vermişdi. Lakin FTB rəsmi bəyanat yayaraq bu məlumatı qətiyyətlə təkzib etmişdi.

Daha sonra Patelin özü də Rusiya ərazisində olmadığını təsdiqləyib. Məlum olub ki, həmin vaxt FTB rəhbəri ABŞ-dakı "Liberti" Universitetində hüquq-mühafizə organlarına həsr olunmuş tədbirdə iştirak edirmiş.


Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑