Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Kanadanın gələcəkdə Birləşmiş Ştatların 51-ci ştatı olacağına əminliyini ifadə edib.
ABŞ KİV-nin məlumatına görə, bu barədə o noyabrın 3-nə təyin edilmiş ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Arizonada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.
“Onlar sonda 51-ci ştat olacaqlar, çünki başqa cür ola bilməz”, – deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, Kanada ABŞ-dən əhəmiyyətli dərəcədə daha çox asılıdır, nəinki ABŞ özünün şimal qonşusundan. O, həmçinin iddia edib ki, Vaşinqton əvvəllər Kanada ilə ticarət-iqtisadi əlaqələr səbəbindən hər il 100 milyard dollaradək vəsait itirirdi.
“Onlar bizə lazım deyil. Biz onlara lazımıq”, – deyə ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, Kanada dünyanın ikinci, ABŞ isə dördüncü ən böyük ölkəsidir.




