Dünya · Yeni Sabah

Zelenski: “Rusiyaya qalib gəlmək üçün 155 milyard avroya ehtiyac var”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski: “Rusiyaya qalib gəlmək üçün 155 milyard avroya ehtiyac var” xəbəri üçün şəkil

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı liderlərinin sammitində çıxışı zamanı ölkəsinin müdafiə ehtiyacları və hərbi büdcəsi ilə bağlı kritik rəqəmlər açıqlayıb. Ukrayna rəhbəri Rusiyaya qarşı müqaviməti davam etdirmək üçün gələn il müharibənin ümumilikdə 155 milyard avroya başa gələcəyini diqqətə çatdırıb.

“Yeni Sabah” xəbər verir ki, Zelenski Aİ tərəfdaşlarından bu məbləğin ən azı 70 milyard avroluq hissəsinin əlavə maliyyə yardımı kimi təmin olunmasını xahiş edib. Açıqlamada qeyd olunub ki, bu vəsait cəbhə xəttində silah təchizatı, yerli hərbi sənayenin dəstəklənməsi və milli dözümlülüyün qorunması üçün həyati əhəmiyyət kəsb edir.

Xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) rolu üzərində duran Zelenski bildirib ki, kifayət qədər maliyyə ayrılacağı təqdirdə Ukrayna dron istehsalını iki, hətta üç dəfə artırmaq imkanına malikdir. Rəsmi Kiyev bu dəstəyin Rusiyanı cəbhədə saxlamaq və hərbi balansı qorumaq üçün real həll yolu olduğunu vurğulayır.  Dördpendirli pizza

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑