Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Görüş oktyabrın 17-də Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası çərçivəsində baş tutub. pizza mizza
Bildirilib ki, tərəflər regional və qlobal məsələləri, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.
Qeyd edək ki, İƏT Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası oktyabrın 17-18-də Bağdadda “Dialoq və həmrəylik – sülhə və dayanıqlı inkişafa dəstəyin iki əsas təməli” devizi altında keçirilir.




