Dünya · Modern.az

Deputat köməkçiləri sərxoş vəziyyətdə dalaşdılar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Deputat köməkçiləri sərxoş vəziyyətdə dalaşdılar
Deputat köməkçiləri sərxoş vəziyyətdə dalaşdılar

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatların iki köməkçisi Bundestaqın inzibati binasında dava salmaqda şübhəli bilinir. 

Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri parlamentdəki mənbələrinə istinadən məlumat yayıb.

Hadisə oktyabrın 14-də, çərşənbə günü gecə saatlarında, Berlin şəhərində Reyxstaqın yaxınlığında yerləşən Yakob-Kayzer-Haus binasında baş verib. Bundestaqın bir sıra deputatlarının ofislərinin yerləşdiyi binada yaranan münaqişənin ciddi xarakter aldığı bildirilir.

Nəşrin məlumatına görə, parlament polisi saat 23:20 radələrində hadisəyə müdaxilə edərək davanı dayandırıb. İlkin müəyyənləşdirməyə əsasən, hər iki iştirakçı sərxoş vəziyyətdə olub.

“Der Spiegel” yazır ki, insidentlə bağlı hər iki şəxs barəsində araşdırma aparılır. Parlamentdəki bir neçə mənbə hadisənin baş verdiyini təsdiqləyib.

AfD parlament fraksiyasının nümayəndəsi isə nəşrin sorğusuna cavabında insident barədə məlumatı olmadığını bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑