İqtisadiyyat · Yeni Sabah

Süd və qaymaq idxalı kəskin yüksəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Süd və qaymaq idxalı kəskin yüksəldi xəbəri üçün şəkil

Azərbaycana xarici ölkələrdən gətirilən süd və qaymağın həm fiziki həcmində, həm də statistik dəyərində ciddi artım qeydə alınıb. 

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində ölkəyə 17 min 390.77 ton süd və qaymaq idxal olunub. Bu idxalın statistik dəyəri 32 milyon 927.89 min dollar təşkil edib. Bu məhsulların ümumi ölkə idxalındakı xüsusi çəkisi 0.25% olub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkəyə 12 min 179.95 ton süd və qaymaq gətirilmişdi ki, bunun da statistik dəyəri 21 milyon 467.75 min dollar (ümumi idxalda payı 0.13%) təşkil etmişdi.  Dominos pizza

Beləliklə, illik müqayisədə ölkəyə gətirilən süd və qaymağın həcmi 5 min 210.82 ton (və ya 42.8%), maliyyə dəyəri isə 11 milyon 460.14 min dollar (və ya 53.4%) artıb. 

Cəlalə Cəlalqızı 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑