İqtisadiyyat · Yeni Sabah

Azərbaycanda kərə yağı idxalı azalıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda kərə yağı idxalı azalıb xəbəri üçün şəkil

Azərbaycana xarici ölkələrdən gətirilən kərə yağı və süddən hazırlanmış digər yağların həm fiziki həcmində, həm də statistik dəyərində azalma qeydə alınıb. 

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində ölkəyə 18 min 652.27 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu idxalın statistik dəyəri 113 milyon 534.41 min dollar təşkil edib. Sözügedən məhsulların ümumi ölkə idxalındakı xüsusi çəkisi 0.85% olub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkəyə 19 min 770.16 ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilmişdi. Həmin dövrdə həyata keçirilən idxalın statistik dəyəri 136 milyon 376.70 min dollar (ümumi idxalda payı 0.81%) təşkil etmişdi. Dördpendirli pizza

Rəqəmlərdən göründüyü kimi, illik müqayisədə ölkəyə gətirilən kərə yağının fiziki həcmi 1 117.89 ton (və ya 5.65%), maliyyə dəyəri isə 22 milyon 842.29 min dollar (və ya 16.75%) azalıb. 

Cəlalə Cəlalqızı 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑