İqtisadiyyat · AZƏRTAC

Azərbaycanla Dünya Bankının səmərəli əməkdaşlığı ölkədə dayanıqlı iqtisadi artıma töhfə verir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanla Dünya Bankının səmərəli əməkdaşlığı ölkədə dayanıqlı iqtisadi artıma töhfə verir xəbəri üçün şəkil

Bakı, 19 oktyabr,

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov və maliyyə nazirinin birinci müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantıları çərçivəsində DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə keçirilən görüşdə iştirak edib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkədə makroiqtisadi mühit, maliyyə sektorunun inkişaf meyilləri və DB ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin cari statusu barədə məlumat verilib. Bundan əlavə, Azərbaycan ilə DB arasında uzunmüddətli və səmərəli əməkdaşlığın ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, maliyyə sektorunun inkişafına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə, həmçinin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına dəstək mexanizmləri, eləcə də DB-nin 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi çərçivəsində həyata keçirilən və nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑