İqtisadiyyat · Banker.az

“MJ Finance” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla başa çatıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“MJ Finance” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla başa çatıb xəbəri üçün şəkil

® “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin (ABB Invest) əsas anderrayterliyi və “Troni İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə “MJ Finance” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla yekunlaşıb.

Ümumi buraxılış həcmi 2 000 000 AZN təşkil edən istiqrazlara abunə yazılışı zamanı investor tələbi təklif olunan həcmə nisbətən daha yüksək olmuşdur. Yerləşdirmə çərçivəsində 208 investorun ümumilikdə 247 sifarişi icra edilmiş və 2 000 000 AZN məbləğində istiqraz tam həcmdə yerləşdirilmişdir.

Hər birinin nominal dəyəri 100 AZN olan istiqrazların tədavül müddəti 18 ay təşkil edir. İllik faiz dərəcəsi 16% olmaqla, investorlara hər ay faiz gəliri ödəniləcək.

ABB Invest emitentlərin kapital bazarı vasitəsilə maliyyələşmə imkanlarının genişlənməsində və investorlar üçün yeni investisiya alətlərinin əlçatanlığının artırılmasında fəal rol oynayaraq, ölkənin qiymətli kağızlar bazarının inkişafını dəstəkləyir.

Ətraflı məlumat üçün office@abbinvest.az elektron poçt ünvanına müraciət edə, həmçinin *3773 qısa nömrəsi və ya +994 50 268 33 99 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑