İqtisadiyyat · Banker.az

Azərbaycan xaricə plastmassa satışını azaldıb - gəlir 262 milyon dollara düşüb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan xaricə plastmassa satışını azaldıb - gəlir 262 milyon dollara düşüb xəbəri üçün şəkil

2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, Azərbaycanın xaricə ixrac etdiyi plastmassa və onlardan hazırlanan məmulatların həcmində və dəyərində artım qeydə alınıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin ilk 9 ayında 286,61 milyon ABŞ dolları təşkil edən plastmassa ixracının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 9% azalaraq 261,57 milyon ABŞ dollarına düşüb.

Xaricə satılan plastmassa məmulatlarının fiziki həcmində də azalma müşahidə olunub. 2025-ci ilin müvafiq dövründə 285 205.14 ton plastmassa ixrac edildiyi halda, 2026-cı ilin ilk 9 ayında bu göstərici 16.5% azalaraq 238 001.67 ton təşkil edib.

Plastmassa məmulatlarının ümumi ixracdakı xüsusi çəkisi 2025-ci ildəki 1.54%-dən 2026-cı ildə 1.10%-ə enib. Qeyri-neft sektoru üzrə ixracda plastmassa məmulatlarının payı isə 2025-ci ilin müvafiq dövründəki 10.82%-dən 2026-cı ilin eyni dövründə 3.93%-ə düşüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑