İqtisadiyyat · Trend.az

Enerji keçidi 2050-ci ilə qədər 32 trilyon dollar həcmində qlobal ÜDM artımını təmin edə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Enerji keçidi 2050-ci ilə qədər 32 trilyon dollar həcmində qlobal ÜDM artımını təmin edə bilər xəbəri üçün şəkil

Bakı.Trend:

Qlobal enerji keçidi 2025–2050-ci illərdə enerji sektorunda daha məhdud dəyişiklikləri nəzərdə tutan ssenari ilə müqayisədə ümumilikdə dünya üzrə 32 trilyon dollar həcmində ümumi daxili məhsul (ÜDM) artımını təmin edə bilər.

Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) saytında dərc olunan “Qlobal enerji keçidinə baxış – 2026” hesabatında bildirilib.

Hesabata əsasən, qeyd olunan dövrdə dünya üzrə ÜDM bəyan edilmiş enerji siyasəti ssenarisi (PES) ilə müqayisədə orta hesabla 0,7 faiz çox olacaq. Hesabatda qeyd edilir ki, ümumi iqtisadi effekt 32 trilyon dollar həcmində qiymətləndirilir ki, bu da Çin, Almaniya, Yaponiya və Hindistanın ümumi ÜDM-indən çoxdur.

IRENA-nın qiymətləndirməsinə görə, iqtisadi artımın əsas amilləri bərpa olunan enerji mənbələrinə investisiyalar və enerji səmərəliliyinin artırılması olacaq. Bu proses müvafiq dövlət siyasəti tədbirləri ilə dəstəklənəcək.

Proqnoza əsasən, təkcə 2050-ci ildə sürətləndirilmiş enerji keçidi ssenarisi (DES) çərçivəsində dünya üzrə ÜDM PES ssenarisi ilə müqayisədə təxminən 2,2 trilyon dollar çox olacaq. Bu, təxminən 1 faizlik artıma uyğundur.

Hesabata görə, investisiyalar 2050-ci ilədək iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalacaq. 2024–2030-cu illərdə investisiyaların müsbət təsiri nəticəsində ÜDM PES ssenarisi ilə müqayisədə təxminən 1,4 faiz yüksək olacaq. 2031–2040-cı illərdə bu təsir bir qədər zəifləyəcək, 2041–2050-ci illərdə isə yenidən güclənərək təxminən 1,35 faizə çatacaq.

IRENA hesab edir ki, investisiyaların müsbət təsiri dünya ticarət fəallığının azalmasının ÜDM-ə mənfi təsirini kompensasiya edəcək.

Hesabatda bildirilir ki, enerji keçidinin ilk onilliklərində ev təsərrüfatlarının istehlak xərcləri azalacaq, proqnoz dövrünün son onilliyində isə artım dinamikasına qayıdacaq. Bunun səbəbi ilkin mərhələdə enerji qiymətlərinin ümumi səviyyəsinin yüksəlməsinin əhalinin həm enerji resurslarına birbaşa xərclərini, həm də digər istehlak mallarının qiymətlərini artırmasıdır.

Sonrakı mərhələlərdə texnologiyaların inkişafı və enerji səmərəliliyinin yüksəldilməsi bu təzyiqi azaltmağa imkan verəcək.

Eyni zamanda, proqnoza əsasən, dünya ticarəti, xüsusilə enerji keçidinin son onilliyində müəyyən məhdudiyyətlərlə üzləşəcək. Bu, qalıq yanacaqların beynəlxalq ticarətinin əhəmiyyətli dərəcədə azalacağı və nəticədə ixracatçı ölkələrin gəlirlərinin aşağı düşəcəyi gözləntiləri ilə əlaqədardır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑