İqtisadiyyat · Ədalət

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb xəbəri üçün şəkil

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) telekommunikasiya və informasiya texnologiyaları sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə investisiyalarının ümumi dəyəri 8 milyard 986 milyon 116 min manat təşkil edib.

Adalet.az bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir. Hesabat dövründə bu investisiyaların dəyəri 2025-ci il yanvarın 1-i ilə müqayisədə 18,8 % artıb.

Ötən il ARDNF-in ən iri 10 səhm investisiyası sırasında telekommunikasiya və informasiya texnologiyaları sektorunu təmsil edən 7 şirkət yer alıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu siyahıda həmin sektordan 5 şirkət olub.

Fondun sözügedən sektorda ən böyük investisiyası "NVIDIA Corporation"ın (NVDA) səhmlərinə yönəldilib. Bu şirkətin səhmlərinə yatırılan vəsaitin dəyəri 1 milyard 334 milyon 954 min manat olub ki, bu da 2024-cü ilin göstəricisindən 41 % çoxdur.

İkinci yerdə 1 milyard 188 milyon 649 min manatlıq investisiya ilə "Apple Inc." (AAPL) qərarlaşıb. Şirkət 2024-cü ildə ARDNF-in ən iri 10 səhm investisiyası siyahısında yer almayıb.

İlk üçlüyü 1 milyard 6 milyon 143 min manatlıq investisiya ilə "Microsoft Corporation" (MSFT) tamamlayıb. Bu şirkətin səhmlərinə yatırılan vəsaitin dəyəri illik müqayisədə 17,5 % artıb.

Digər texnologiya şirkətlərinə investisiyaların həcmi isə belə olub: "Alphabet Inc." (GOOGL, GOOG) - 988 milyon 271 min manat (+ 66 %), "Broadcom Inc." (AVGO) - 456 milyon 727 min manat (+55 %), "Meta Platforms, Inc." (META) - 422 milyon 56 min manat (+14,5 %), "ASML Holding NV" (ASML) - 257 milyon 866 min manat (2024-cü ildə TOP-10-a daxil olmayıb).

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑