İqtisadiyyat · Baku.ws

ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? xəbəri üçün şəkil

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ABŞ-ın dövlət istiqrazlarına investisiyalarının dəyəri bu il yanvarın 1-nə 4 milyard 846 milyon 758 min manat təşkil edib.

BAKU.WS bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir. Bu, 2025-ci il yanvarın 1-i ilə müqayisədə 33,6 % azdır.

Hesabat dövrünə Fondun İtaliya dövlət istiqrazlarına investisiyaları 4 milyard 31 milyon 908 min manat təşkil edib. Bu, illik müqayisədə 0,1 % azdır.

Birləşmiş Krallığın dövlət istiqrazlarına yatırımlar 2 milyard 974 milyon 938 min manat (-17,1 %), Fransanın dövlət istiqrazlarına investisiyalar isə 2 milyard 866 milyon 439 min manat (+4,4 %) olub.

Bundan başqa, ARDNF-in İspaniya dövlət istiqrazlarına investisiyaları 1 milyard 927 milyon 390 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31 % azdır. Çinin dövlət istiqrazlarına yatırımlar isə 1 milyard 553 milyon 904 min manata çatıb və illik müqayisədə 4,3 % artıb.

Fondun Polşa hökumətinin qiymətli kağızlarına investisiyaları 530 milyon 573 min manat olub. Bu investisiya istiqaməti 2025-ci il yanvarın 1-nə olan göstəricilərdə yer almayıb.

Ümumilikdə, hesabat dövründə Neft Fondunun suveren istiqrazlara investisiyaların həcmi 21 milyard 700 milyon 41 min manat təşkil edib. Bu, 2025-ci il yanvarın 1-i ilə müqayisədə 14,6 % azdır.

Digər istiqraz növləri üzrə isə agentliklərin və beynəlxalq təşkilatların istiqrazlarına investisiyalar 9 milyard 227 milyon 157 min manat olub. Bu göstərici illik müqayisədə 35,5 % azalıb.

ARDNF-in korporativ istiqrazlara yatırımları 4 milyard 25 milyon 554 min manat təşkil edib ki, bu da 40,4 % artım deməkdir. ETF (birjada ticarət olunan fondların) istiqrazlarına investisiyalar isə 327 milyon 837 min manat olub. Bu kateqoriya üzrə əvvəlki ilin eyni tarixinə investisiya qeydə alınmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑