İqtisadiyyat · SİA

Azərbaycan İrana arpa tədarükünü bərpa edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan İrana arpa tədarükünü bərpa edib xəbəri üçün şəkil

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,53 milyon ABŞ dolları dəyərində 6 803 ton arpa (o cümlədən toxumluq) ixrac edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26%, kəmiyyət olaraq – 24,3% çoxdur.

Azərbaycan İraqa 1,35 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 dəfə çox) 6 008 ton (+49 dəfə) və İrana 181,3 min ABŞ dolları dəyərində 794,3 ton məhsul satıb.

Azərbaycan 3 il 9 aylıq fasilənin ardından İrana tədarükü bərpa edib. 2025-ci ildə Azərbaycandan ixrac edilmiş 7 min 816 ton arpanın 99,99%-i İraqın payına düşüb.

Mətləb

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑