Bu ilin yanvar-avqust aylarında Azərbaycan 5 milyard 710 milyon 869,27 min manat dəyərində 16 milyard 377 milyon 579,25 min kubmetr təbii qaz ixrac edib.
Axar.az xəbər verir ki, Report-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,77%, kəmiyyət olaraq – 0,46% azdır.
Azərbaycan İtaliyaya 2 milyard 786 milyon 359,32 min manat dəyərində (1 il əvvəlki göstəricidən 11,1% az) 5 milyard 606 milyon 500,04 min kubmetr (-10,3%), Türkiyəyə 1 milyard 761 milyon 50,69 min manat dəyərində (-3%) 6 milyard 463 milyon 726,12 min kubmetr (-2,6%), Yunanıstana 377 milyon 591,16 min manat dəyərində (+18,4%) 692 milyon 475,86 min kubmetr (+15,6%), Suriyaya 294 milyon 582,93 min manat dəyərində 864 milyon 410,14 min kubmetr (tədarük olmayıb), Bolqarıstana 255 milyon 995,14 min manat dəyərində (-44%) 826 milyon 929,19 min kubmetr (-33%), Gürcüstana 178 milyon 434,89 min manat dəyərində (+5,3%) 1 milyard 633 milyon 349,59 min kubmetr (+5,3 %), Serbiyaya 45 milyon 61,71 min manat dəyərində (-56,1 %) 114 milyon 951,62 min kubmetr (-37,3%) və İrana 11 milyon 793,43 min manat dəyərində 175 milyon 236,69 min kubmetr (1 il əvvəl tədarük olmayıb) təbii qaz satıb.
Hesabat dövründə Azərbaycan ancaq İrandan təbii qaz alıb. Bu ölkədən 14 milyon 471 min ABŞ dolları dəyərində 215 milyon 21,7 min kubmetr (2025-cin ilin ilk 8 ayında tədarük olmayıb) qaz idxal edilib. Ötən ilin nəticələrinə görə İrandan Azərbaycana 3 milyon 987,1 min ABŞ dolları dəyərində 59 milyon 243 min kubmetr təbii qaz göndərilib.




