Azərbaycandan xarici ölkələrə ixrac edilən meyvə-tərəvəzin fiziki həcmində cüzi azalma olsa da, dəyər ifadəsində ciddi artım qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində ölkədən 563 min 338.68 ton tərəvəz və meyvə ixrac olunub. İxrac edilən məhsulların statistik dəyəri 671 milyon 397.01 min dollar təşkil edib. Bu göstərici ümumi ölkə ixracının 2.81%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 10.09%-ini təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkədən 574 min 303.66 ton meyvə-tərəvəz göndərilmişdi ki, bunun da statistik dəyəri 602 milyon 531.25 min dollar olmuşdu (ümumi ixracda payı 3.24%, qeyri-neft üzrə payı 22.74%). Dominos pizza
Rəqəmlərdən göründüyü kimi, illik müqayisədə ixrac olunan tərəvəz və meyvənin fiziki həcmi 10 min 964.98 ton (və ya 1.91%) azalsa da, əldə olunan gəlir 68 milyon 865.76 min dollar (və ya 11.43%) artıb.
Cəlalə Cəlalqızı




