Dünya · Yeni Sabah

Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar təsdiqlənəcək -Tarix açıqlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar təsdiqlənəcək  -Tarix açıqlandı xəbəri üçün şəkil

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketini təsdiqləmək niyyətindədirlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın zərbələri iki gün ərzində Ukraynanın 80-dən çox dinc sakininin həyatına son qoyub. Sezar pizza

"Rusiya dizel yanacağı ilə bağlı sanksiyaların dayandırılması Moskvanı müharibə aparmaq üçün əlavə gəlirlərlə təmin edəcək. İndi Rusiyaya qarşı təzyiqi zəiflətmək vaxtı deyil və Avropa bunu etməyəcək", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp məlumat vermişdi ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığının yekunlarına görə, Rusiyanın dizel yanacağının Amerika və dünya bazarlarına irimiqyaslı tədarükü barədə razılıq əldə olunub.\Report


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑