Dünya · Təzadlar

Putin İranla münaqişənin həlli ilə bağlı mövqeyini bildirib - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin İranla münaqişənin həlli ilə bağlı mövqeyini bildirib - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı İran tərəfinin münaqişənin mümkün həlli ilə bağlı mövqeyini çatdırıb. Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin İran Prezidenti Məsud Pezeşkianla Türkmənistanda keçirilən sammit çərçivəsində iki görüş keçirib. Görüşlərdən birində Rusiya lideri İran prezidentinə Trampla planlaşdırılan telefon danışığı barədə məlumat verib.

Peskov bildirib ki, Putin İran tərəfinin mövqeyini Pezeşkianla razılaşdıraraq Trampa çatdırıb.

Qeyd edək ki, Putinlə Tramp arasında oktyabrın 9-da baş tutan telefon danışığı təxminən bir saat yarım davam edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑