BAKI, 10 oktyabr. TELEQRAF
Londonun mərkəzində on minlərlə insan Britaniya hökumətindən İsrailə silah satışını dayandırması tələbilə yürüş keçirib.
Teleqraf xəbər verir ki, etirazçılar yürüşə Britaniya Parlamentinin yerləşdiyi Vestminster Sarayının qarşısındakı Viktoriya sahilində başlayıblar və Uaytholda başa çatıb.
Aksiyada Fələstin bayraqları və Fələstinə dəstək plakatları qaldırılıb. İştirakçılar "İsrail terrorçu dövlətdir" və "Fələstinə azadlıq" kimi şüarlar səsləndirirdilər.
Aksiyaçılar həmçinin Britaniya hökumətindən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağa çağırıblar.
Skotland Yard yaxınlığında isə İsrail tərəfdarlarının eyni vaxtda nümayişi keçirilib. "Nifrətə son" şüarı altında keçirilən aksiyada iştirakçılar Qəzzada "soyqırımı yalanları"nın yayılmasının qarşısını almağa çağırıblar.




